Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan yazıçı Hafiz İmamnəzərli Milli Qəhrəmanın qısa ömür yolu haqqında məlumat verib.
Sonra iş adamı Hacı Gülağa Abışov, Bəhruz Mansurovun qardaşı polkovnik-leytnant Bəhram Mansurov Milli Qəhrəman haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, yazıçı Almaz Sahilə qəhrəmanlarımızın unudulmaması, onların fədakarlıqlarının gələcək nəsilə çatdırılması məqsədilə keçirilən tədbirlərin davamlı olacağını bildiriblər.
Daha sonra Sabir Sarvan adına Poeziya Klubunun üzvləri İnci Hüseynzadə, Ərtoğrul Salıflı, Mirkənan Mahmudov, Mirvüqar Seyidzadə, İlahə Bağıyeva, Ayan Ağayeva, Cavidan Mirzəzadə, Lətifə Mahmudova, Xoşqədəm Bağıyevanın ifasında Hafiz Baxışın (Azərbaycan oğluyam), Məhmət Əmin Yurdaqulun (Ya qazi ol, ya şəhid), Ağamalı Sadiq Əfəndinin (Bu vətən mənim anamdır) şeirlərindən ibarət kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş ədəbiyyatlardan ibarət sərgi ilə tanış olub, ailə üzvləri ilə xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulub.
1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olub.
1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edib və bu qarşıdurma zamanı qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti