Şimali Koreya lideri Trampla danışıqlara hazırdır

Şimali Koreya lideri Trampla danışıqlara hazırdır KXDR lideri ABŞ prezidenti Donald Trampla danışıqlara hazırdır.
Bu barədə Wall Street Journal qəzeti yazıb.
Qəzetin yazdığına görə, Kim Çen In Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə müzakirələr aparmağa razılaşıb.
Məlumatı Ağ Ev təsdiqləsə də, KXDR hələ ki görüş barədə heç bir xəbər yaymayıb.
Bundan əvvəl Ağ Ev Donald Trampın Cənubi Koreya lideri ilə telefon danışığı zamanı bu məsələyə toxunduğu barədə məlumat yaymışdı.

Tehsil-press.az

Oxşar xəbərlər