Telman İsmayılovun gizləndiyi ölkə məlum oldu

Telman İsmayılovun gizləndiyi ölkə məlum oldu Moskvanın Çerkizovo bazarının keçmiş sahibi, sifarişli qətlin təşkilində ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənir.
Bu barədə “Prestupnaya Rossiya” saytına məlumatlı mənbə məlumat verib.
Onun sözlərinə görə, qaçqın oliqarx bu ölkənin hakim dairələri ilə onun Rusiyaya deportasiya edilməyəcəyi ilə bağlı razılıq əldə edib.
Xatırladaq ki, Rusiya Telman İsmayılovu 8 nəfərin qətlində ittiham edir. Öldürülənlər arasında sahibkarlar Vladimir Savkin və Yuri Brilyov da var.
Türk araşdırmaçılarına görə, biznesmen “qanuni oğru” Rövşən Canıyevin ( Rövşən Lənkəranski) qətlində də ittiham olunur. O, həmçinin qanunsuz silah dövriyyəsində də təqsirləndirilir.
Ötən il İsmayılovlar ailəsi Antalyadakı “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə yaşayırdı. Lakin onlar Rusiyaya təhvil verilməkdən ehtiyatlanaraq Türkiyəyə, oradan da Fransaya köçüb.
İsmayılov “İnterpol” xətti ilə beynəlxalq axtarışa veriləndən sonra özünün təhlükəsizliyini düşünərək bir neçə müddətdir ki, Monteneqroda yaşamağa başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər