“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də tanınmış təsnifat cəmiyyətlərindən olan Rusiya Dəniz Gəmiçiliyi Registrinin baş direktoru Konstantin Palnikovla görüş keçirilib.
Görüşdə “AXDG” QSC və RDGR arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
“AXDG” QSC-nin sədri Rauf Vəliyev son 4 ildə rəhbərlik etdiyi qurumda görülən işlər barədə qonaqlara məlumat verib. Bildirib ki, strateji hədəflərə çatmaq üçün donanmadakı gəmilərin texniki vəziyyətinin yaxşı olması əsas şərtlərdən biridir. Bu gün donanmamızın həm yeniləndiyini, həm də istismarda olan gəmilərin vaxtlı-vaxtında saz vəziyyətə gətirildiyini deyən R.Vəliyev vaxtı ilə istismardan çıxarılan, daha sonra isə Gəmiçiliyin öz imkanları hesabına modernləşdirilərək istismara qaytarılan “Dağıstan” gəmi-bərəsi barədə də qonaqları məlumatlandırıb.
Görüş zamanı bildirilib ki, “AXDG” QSC 2013-cü ildən bəri maliyyə və korporativ idarəetmə sahəsində dünyanın nüfuzlu şirkətlərinin auditindən müsbət rəylər almaqdadır.
Rusiya Dəniz Gəmiçiliyi Registrininn baş direktoru K.Palnikov deyib ki, Azərbaycanın 160 illik tarixə malik Gəmiçilik şirkətində müasir idarəetmə sisteminin tətbiqində əldə olunan uğurlar təqdirəlayiqdir. Onun sözlərinə görə, təmsil etdiyi təsnifat cəmiyyəti “AXDG” QSC ilə uğurlu əməkdaşlıqdan məmnundur.
RDGR haqqında məlumat verən qonaq qeyd edib ki, təsnifat cəmiyyətinin Rusiyada və dünyanın əksər bölgələrində, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Bu da dənizçilik sahəsində çoxşaxəli xidmətlərin operativ və etibarlı formada göstərilməsinə imkan verir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Rusiya Dəniz Gəmiçiliyi Registri 1913-cü ildən fəaliyyət göstərir və 1969-cu ildən Təsnifat Cəmiyyətləri Beynəlxalq Assosiasiyasının üzvüdür.
Tehsil-press.az