Litva Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Rima Miskiene və bu ölkənin “İnformacine Raida” şirkətinin direktoru Virginiyus Yakştis “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) olublar.
Akademiyanın rektoru Çingiz Əliyev qonaqlara Azərbaycanda dənizçilik təhsilinin tarixi, ADDA-da tədrisin təşkili və perspektiv planları barədə ətraflı məlumat verib. Bildirib ki, akademiya Xəzər dənizi hövzəsində ali təhsilli dənizçi kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir.
Rektor qeyd edib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının ali dənizçilik məktəblərinin “ağ siyahısında” 012 nömrəsi ilə qeydiyyatdadır, diplomu dünyanın 170-dən çox ölkəsində tanınır. “21 ildən artıqdır ki, Rusiya Dəniz Registrinin və 2 ildir ki, ABŞ Təsnifat Cəmiyyəti Amerika Dənizçilik Bürosunun sertifikatları ilə işləyirik. Bir çox dənizçilik universitetlərindən fərqli olaraq ADDA-nın müasir tədris gəmisi var. Tələbələr təcrübələrini dövlət və özəl şirkətlərin həm Xəzər, həm də Qara dəniz-Aralıq dənizi hövzəsində üzən gəmilərində keçirlər. Dəniz Akademiyasının nəzdində ən müasir trenajor və simulyatorlara malik Təlim Tədris Mərkəzi fəaliyyət göstərir. Tələbələr üçün hər cür sosial şərait yaradılıb. Tədris Azərbaycan və rus dillərində aparılır. 2018-ci ilin sentyabrından gəmi sürücüləri üçün “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə tədris ingilis dilində də təşkil olunacaq”, - deyə Çingiz Əliyev məlumat verib.
Litva Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Rima Miskiene ilk dəfə Bakıda olmasından, Azərbaycanda gördüklərindən həvəslə danışıb. Litvada dənizçilərin hazırlığı, Avropa ölkələri ilə əlaqələr sahəsində imkanlarla yanaşı, mövcud problemlərə də toxunub.
Görüşdə tələbə-müəllim mobilliyi, elm sahəsində qarşılıqlı faydalı əməkdaşlıq, tədris prosesinin təşkili məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra litvalı həmkarlar “Gəmi sürücülüyü” kafedrasının Radarla müşahidə və təsvir, elektron xəritəçəkmə, dəniz astronomiyası və naviqasiya çəkilişi, multimedia öyrədici modul trenajorlarında, “Gəmi energetik qurğuları” kafedrasının tədris-elmi laboratoriyasında dizel mühərriklərinin tədqiqat-sınaq qurğusunda, habelə MR 3D trenajorunda tədrisin təşkili ilə maraqlanıblar. ADDA-nın kitabxanası və tarix muzeyi ilə yaxından tanış olan qonaqlar xatirə kitabına ürək sözlərini və xoş təəssüratlarını yazıblar.

Hikmət Əliyev