Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) III kursunda oxuyan altı tələbəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) təşəbbüsü ilə Qara dənizdə təcrübə keçəcəklər.
Onların üçü gəmi sürücüsü, üçü isə mexanik ixtisası üzrə təhsil alır.
AXDG-nin İnsan resurslarının idarəedilməsi departamentinin təlim və gənclərlə iş üzrə koordinatoru Cabir Süleymanlı tələbələrin kamil mütəxəssis kimi yetişməsində bu təcrübənin böyük rol oynayacağını bildirib.
“Biz bu layihəni ikinci ildir ki, həyata keçiririk. Keçən il dörd nəfər göndərilmişdi. Seçimlər aparılarkən öncə ADDA ilə məsləhətləşirik. Həm dekanların, həm də müəllimlərin bu məsələdə fikirləri öyrənilir. Daha sonra yüksək bal toplayan, intizamlı, ingilis və rus dillərinə müəyyən səviyyəyə malik olan tələbələr müsahibə mərhələsinə çağırılır. Həmin mərhələdən uğurla keçənlər Qara dənizə təcrübəyə göndərilir”, - deyə C.Süleymanlı vurğulayıb.
Cabir Süleymanlının sözlərinə görə, gələcəkdə təcrübəyə göndərilən tələbələrin sayı artırılacaq: “Ümid edirik ki, gələn il ən az 8-10 dənizçini bu layihəyə cəlb edə biləcəyik.”
Təcrübə müddəti üç ay olacaq. Bütün xərcləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qarşılayacaq.
Layihənin həyata keçirilməsində əsas məqsəd gəncləri ruhlandırmaq və həvəsləndirməkdir. Bundan başqa, tələbələr etimadı doğrultsalar, gələcəkdə onlar üçün xarici sularda istismar edilən QSC-nin gəmilərində işləmək imkanı da yaradıla bilər.
ADDA-nın Mətbuat Xidməti