Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
“Telefon söhbəti zamanı ABŞ prezidenti Vladimir Putini Ağ Evdə görməyə şad olacağını bildirib. Biz amerikalı həmkarlarımıza belə bir görüşün konkretləşdirilməsini istədiyimizi çatdırmışıq. Prezident Putin belə görüşə hazırdır”, - deyə Lavrov əlavə edib.
Qeyd edək ki, daha öncə iki lider telefon danışığı zamanı belə bir görüşün mümkünlüyünü bildiriblər. Tramp həmin görüşün Vaşinqtonda baş tutmasının mümkün ola biləcəyini qeyd edib.
Bununla belə, S.Lavrov əlavə edib ki, Rusiya və ABŞ liderlərinin görüşünə hələ heç bir hazırlıq getmir.
Yeri gəlmişkən, S.Lavrov daha bir maraqlı məqama toxunub. Bildirib ki, Rusiya və ABŞ liderləri, həmçinin bu ölkələrin hərbçiləri 100% hərbi toqquşmanın baş verməsinə yol verməzlər.
“Hərbi qarşıdurma riskləri haqqında suala qayıdarkən deyə bilərəm ki, 100% hərbçilər bunun baş verməsinə yol verməzlər. Təbii ki, buna nə prezident Putin, nə də Tramp imkan verər. Nə də olsa onlar öz xalqları tərəfindən seçilən liderlərdir, onlar sülh və sabitliyə görə öz xalqları qarşısında cavab verirlər”, - deyə Lavrov vurğulayıb.
Xatırladaq ki, aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı obyektlərə 100-dən çox qanadlı raket və “hava-yer” tipli raketlər atıb. Suriya hava hücumundan müdafiə vasitələri ölkə ərazisinə buraxılan 103 qanadlı raketdən 71-ni vurub.
Tehsil-press.az