Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat mexanikası” kafedrasının professoru Sabir Quliyevin məqaləsi Web of Science bazasının ən yüksək impakt-faktorlu (İF 1.128) jurnallarından biri Journal of Mechanical Science and Technology jurnalında dərc olub. Springer Beynəlxalq Nəşriyyatı tərəfindən yüksək impakt-faktorlu jurnalda – Journal of Mechanical Science and Technology-də (2018, Vol. 32, İssue 4) çap olunan məqalədə elm aləminə yenilik təqdim olunur
“Çoxbucaqlı lövhənin məxsusi rəqs tezliyinin tapılmasının bir üsulu” (Rusca: Определение частоты собственных колебаний многоугольной пластинки) adlı məqalədə baxılan məsələ sahəsində indiyə kimi mövcud olan həllər adlı - sanlı dünya alimləri Ritss, Qalyorkin, Reley, Leybenzon, Timoşenko və onların davamçıları olan Quz, Kosmodamianskiy, Babakov, Filippov, Aleksandroviç, Qubenko və s. adları ilə bağlıdır. Professor S.Quliyev təklif etdiyi həll nəticəsində çoxbucaqlı - çoxrabitəli löhvələrin rəqs tezliyi asanlıqla tapılır. Belə ki, indiyə qədər əsrlər boyu mövcud olan həllərdəki Bassel tənliklərinin həllinə, maksimum kinetik və potensial enerjilərin tapılmasına ehtiyac qalmır. Bu cür yanaşma elm aləmində ilk dəfədir ki, təklif olunur.
AzMİU-nun Mətbuat Xidməti