AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda

AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda Son illər Azərbaycan Texniki Universiteti (AzTU) ilə dünyaca məşhur impakt faktorlu jurnalların əməkdaşlığı genişlənib. 2015-ci ildə AzTU alimlərinin 124 elmi məqaləsi əsasən Avropa və Rusiyada çap olunan impakt faktorlu jurnallarda nəşr edilib. Həmin jurnallar arasında “Shpinger Link”, “Thomson Reuters” kimi məşhur dərgilər də var.
Elmi mühitin təkmilləşməsi nəticəsində yaranan müsbət tendensiya və Universitetin alimləri üçün yaratdığı xaricə çıxış imkanı ötən il kafedralar arasında sağlam rəqabətə çevrilib. Universitetin 11 aliminin imzası ilə ümumilikdə 71 məqalə dərc olunub.
Ötən il əldə olunan uğurlu iş bu il də davam etdirilir. Artıq digər jurnallar da əməkdalığa qoşulub. Bunlara “SCIENCEDOMAIN international”, “Letters in Applied NanoBioScience”, “Scientific Research” və digərlərini göstərmək olar.

AzTu-nun Mətbuat Şöbəsi


AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda

AzTU alimləri nüfuzlu impakt faktorlu jurnallarda

Oxşar xəbərlər