FİZİKA İNSTİTUTUNUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK

FİZİKA İNSTİTUTUNUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA İNSTİTUTU

İNSTİTUTUN DİREKTORUNUN BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ ETMƏSİ HAQQINDA


Üçlü və çoxkomponentli birləşmələr sahəsində yüksək səviyyəli beynəlxalq konfrans olan ICTMC (International Conference on Ternary and Multinary Compounds) ilk dəfə 1973-cü ildə ABŞ-ın Bat şəhərində keçirilib. İki ildən bir keçirilən möhtəbər konfransda bütün məruzələr üçlü və çoxkomponentli birləşmələrə həsr olunur. Müxtəlif illərdə konfrans Fransa, Yaponiya, İtaliya, Venesuella, Almaniya və digər dünya ölkələrində təşkil olunmuşdur. 2010-cu ildə mötəbər beynəlxalq konfransa ev sahibliyi Azərbaycan etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun (AMEA) təşkilatçılığı ilə keçirilmiş ICTMC-17 beynəlxalq konfransına akademik Arif Paşayev və akademik Nazim Məmmədov sədrlik etmişdir.
ICTMC-21 beynəlxalq konfransı sentyabrın 9-13-də ABŞ-ın Kolorado ştatının Bouldet şəhərində keçiriləcək. Azərbaycanı konfransda dəvətli məruzə ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və İnstitutun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ziya Əliyev təmsil edəcək.
Konfransa Yaponiya, Korea, Çin, ABŞ, Almaniya, İsveçrə, Fransa, Lüksemburqdan olan təmsilçilər qatılacaqlar.
Konfransa təqdim olunanlar arasında seçilmiş məqalələr yüksək impakt faktorlu “Physica status solidi” jurnalında çap olunacaq.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər