Rusiya Federasiyasının “Elmi Əməkdaşlıq” Beynəlxalq Tədqiqat Mərkəzinin elmi nəşrlər üzrə keçirdiyi beynəlxalq müsabiqədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqovun “Müasir dövrdə Azərbaycanın maliyyə bazarının inkişafında bankların rolu” mövzusunda məqaləsi birinci yerə layiq görülüb.
Alimin məqaləsi Rusiya indeksləri elmi istinadları nəzərə alınmaqla impakt faktorlu jurnallardakı nəşrlər nominasiyası üzrə qiymətləndirilib. Ümumilikdə müsabiqəyə Rusiya, Azərbaycan, Belarus və Qazaxıstandan 130 alimin elmi məqaləsi təqdim olunub.

UNEC-in Mətbuat Xidməti