“WhatsApp” messenceri Avropada istifadə üçün yaş məhdudiyyəti tətbiq edərək 16 yaşdan aşağı şəxslərin servisdən yararlanmasını qadağan edəcək.
Növbəti ay Avropa İttifaqının məxfilik qanunları yenilənərək internetdə informasiyanın istifadəsində daha çox şəffaflıq tələb edəcək.
Buna görə də, servisdən istifadə üçün Avropa regionu ölkəsində yaşayanların azı 16 yaşı olmalıdır.
Messencer inzibatçıları tərəfindən istifadəçinin qeydiyyatdan keçən zaman yaşının necə təsdiq ediləcəyi barədə məlumat verilmir.
Bildirilir ki, digər ölkə istifadəçiləri yerli qanunvericiliyə ziddiyyət təşkil etməyəcəyi təqdirdə 13 yaş tamam olandan sonra messencerdən istifadəni davam etdirə biləcəklər.
Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations - GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
Tehsil-press.az