Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilməsi təklif olunur.
Milli Məclisdən Tehsil-press.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Bu dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
Qanunun hazırkı variantında bu müddət “2018-ci il 1 yanvar” kimi göstərilir.
Yeni dəyişikliklərə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2019-cu il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək.
Qanunun hazırkı variantında bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.
Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Tehsil-press.az