Milli Məclis sabah toplanır

Milli Məclis sabah toplanır Sabah parlamentin növbəti plenar iclası keçiriləcək.
Bu barədə Tehsil-press.az-a deputat Zahid Oruc məlumat verib. O qeyd edib ki, eyni zamanda, mayın 4-də də Milli Məclisin iclası olacaq:
“Hər iki iclasda ümumilikdə 52 məsələ müzakirəyə çıxarılacaq. Həmçinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin illik hesabatının da müzakirəyə çıxarılması gözlənilir. İclasda komitələrdə boş qalmış deputat yerlərinə də üzvlər seçiləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər