İnsanlar hər zaman mənzil başına tez çatmaq üçün müxtəlif nəqliyyat vasitələrindən istifadə edirlər. Onların sırasına avtomobil, avtobus, gəmi, təyyarə, qatar və s. daxildir. Ancaq elə nəqliyyat vasitələri də var ki, mövcudluğu çoxlarına qəribə gələ bilər.
Tehsil-press.az dünyanın ən qeyri-adi nəqliyyat vasitələrini təqdim edir:
"Kanal taksi"
Taylandda bu nəqliyyat avsitəsindən tez-tez istifadə olunur. Böyüklüyü və sə-küyü ilə diqqət çəkən belə taksilər, eyni zamanda təhlükəlidir. Həm yerli sakinlərin, həm də turistlərin daşınmasında istifadə olunur.
"Asılmış" qatar
Almaniyanın Buppertal şəhərində bu nadir qatarda səyahət edə bilərsiniz. "Asılmış" qatar burada 1901-ci ildən istifadədədir. Gün ərzində 82 mindən çox sərnişin daşıyır.
Rikşalar
Rikşalar Yaponiyada 19-cu əsrdən istifadə edilir. Son iki yüzillikdə onlar yapon mədəniyyətinin ayrılmaz hissəsi hesab edilir.
"Amfibus"
Bu nəqliyyat vasitəsinə Hollandiyada rast gəlmək olar. Bir "amfibus"da 50-dək sərnişin yerləşə bilər. Turistlərin daşınmasında da istifadə edilir.
Avtobus-dəvə
Kubada səyahətdə olarkən bu cür qeyri-adi nəqliyyat vasitəsinə rast gələ bilərsiniz. Zarafatla onları "dəvə" adlandırırlar. Buna səbəb isə qeyri-adi görünüşüdür. Texniki göstəricilərinə görə avtobusdan çox yük maşınını xatırladan "Avtobs-dəvə" ilə 300-dək insan daşımaq olar.
DUKW
Bu nəqliyyat vasitəsini London küçələrində görmək mümkündür. Avtobus təkcə şəhərin asfalt küçələrində şütümür. O, eyni zamanda Temza çayında "üzə bilir".
Velorikşalar
Vyetnamın Hanoe şəhərində üçtəkərli velorikşalar turistlər üçün taksi xidməti göstərir.
Bambuk dəmir yolu
Kambocada yerli sakinlər isə elektrik mühərrikinə improvizə edilmiş bambuk dəmir yolundan istifadə edirlər. Bu yolda maksimal sürət isə saatda 40 kilometrdir.
Tehsil-press.az