Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti gələcəkdə turizm məqsədləri üçün də istifadə olunacaq.
Bunu özəl olaraq Təhsil-press.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.
V.Şıxəmmədov bildirib ki, dəmir yolu nəqliyyatı artıq uzun illərdir istifadə olunan bir nəqliyyat növüdür:
“Bu nəqliyyat vasitəsilə Azərbaycanın demək olar ki, bütün regionlarına səfər etmək mümkündür. Daxili turist səfərləri zamanı, xüsusən bayram günlərində və ya yay tətili zamanı bu nəqliyyat növündən istifadə olunur. Ölkə daxilində daxili turizmin inkişafı üçün, hansı ki yol xəritəsində də prioritet istiqamətlərdəndir, alternativ nəqliyyat növləri ilə birlikdə bu nəqliyyat növündən istifadə olunur”.
Şöbə müdiri vurğulayıb ki, daxili turizm səfərlərində kifayət qədər insan qatar nəqliyyatından istifadə edir: “O ki qaldı beynəlxalq nəqliyyata, düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücüylə istifadə olunduqdan sonra beynəlxalq təcrübəni nəzərə alaraq, turizm mütəxəssisləri tərəfindən bu məsələyə baxılacaq və bu dəmir yolu turizm məqsədləri üçün də istifadə ediləcək. Bu turizm marşrutu həm ölkə xaricinə gedən yerli vətəndaşlar, həm də Azərbaycana gələn turistlər üçün əlverişli olacaq”.
V.Şıxəmmədov əlavə edib ki, hansı nəqliyyat növünün daha yaxşı olub-olmaması turistlərin seçimindən asılıdır: “Bəzi insanlar rahat şəkildə qısa müddətdə hava yolundan və yaxud şəxsi avtomobilindən istifadə edə bilər. Bəzi insanlar isə qatara daha çox üstünlük verirlər, çünki qatar səfərləri adətən axşam və gecə saatlarında həyata keçirilir və bu da turistlər üçün daha rahat olur”.
Tehsil-press.az