Peşə təhsil müəssisələrinin istehsalat təcrübəsi keçən şagirdlərinə sertifikatlar verilib

Peşə təhsil müəssisələrinin istehsalat təcrübəsi keçən şagirdlərinə sertifikatlar verilib Peşə təhsili müəssisələrinin “NORM” MMC-nin sement zavodunda istehsalat təcrübəsi keçən şagirdlərinə və onların istehsalat təlimi ustalarına sertifikatların təqdimatı mərasimi keçirilib.
Tədbirdə “NORM” MMC-nin baş icraçı direktoru Henning Sasse istehsalat təcrübəsini başa vuran şagirdləri təbrik edərək, layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu layihə yeni bacarıqlara malik gənclərin işlə təminatına xidmət edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin, müvafiq peşə təhsili müəssisələrinin nümayəndələri biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
Sonra zavodda təcrübə keçən 28 şagirdə və 2 istehsalat təlim ustasına sertifikatlar təqdim edilib.
Gələcəkdə də bu sahə üzrə ixtisaslaşmış peşə təhsili müəssisələrinin müvafiq layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “NORM” MMC arasında bağlanmış anlaşma memorandumuna uyğun olaraq Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları fevralın 2-dən mayın 31-dək “NORM” MMC–də istehsalat təcrübəsi keçiblər.

Peşə təhsil müəssisələrinin istehsalat təcrübəsi keçən şagirdlərinə sertifikatlar verilib

Tehsil-press.az

Oxşar xəbərlər