Peşəyönümü işinin aparılması üzrə təlimlər yekunlaşıb

Peşəyönümü işinin aparılması üzrə təlimlər yekunlaşıb Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə “Cənubi Qafqazda özəl sektorun inkişafı, peşə təhsili və təlimi” proqramı çərçivəsində “Məşğulluq mərkəzlərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin mütəxəssisləri üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi” mövzusunda keçirilən təlimlər başa çatıb.
Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, ilk peşə-ixtisas təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak ediblər.
Beynəlxalq ekspertlər tərəfindən keçirilən təlimin məqsədi məşğulluq mərkəzləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin əməkdaşları üçün peşəyönümü işinin aparılması üzrə bacarıqların təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə fəaliyyət göstərən yerli strukturların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi olub.
Tədbirin sonunda təlimdə fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər