İlk peşə-ixtisas təhsili ilə bağlı təlim təşkil olunub

İlk peşə-ixtisas təhsili ilə bağlı təlim təşkil olunub 5 nömrəli Bakı Peşə Liseyində Şotlandiyanın “Scottish Qualifications Authority” (SQA) təşkilatının kənd təsərrüfatı üzrə eksperti Yan Pers tərəfindən ilk peşə-ixtisas təhsilində modulların hazırlanması ilə bağlı təlim keçirilib.
Təhsil Nazirliyindən tehsil-press.az bildiriblər ki, təlim bu qurumun Böyük Britaniyanın “British Council” təşkilatı və BP ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə bu ilin sentyabr ayından başlayan “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” pilot layihəsi çərçivəsində təşkil edilib.
Qeyd edək ki, layihə çərçivəsində “Heyvandarlıq mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisasları üçün ümumilikdə 12 modulun hazırlanması nəzərdə tutulub.
Təlimdə Qəbələ Peşə Məktəbinin müəllimləri, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Bakı şəhərindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri, modulların hazırlanması üzrə ixtisaslaşmış şəxslər iştirak ediblər.

Tehsil-press.az


İlk peşə-ixtisas təhsili ilə bağlı təlim təşkil olunub

Oxşar xəbərlər