Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığına dair müzakirələr yekunlaşıb

Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığına dair müzakirələr yekunlaşıb Bakıda “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda keçirilən beynəlxalq seminar oktyabrın 4-də yekunlaşıb.
Tədbir Avropa İttifaqının (Aİ), Avropa Təlim Fondunun və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda müxtəlif təşkilatlar tərəfindən Gəncə, Qəbələ, İsmayıllı, Qax, Cəlilabad və Bərdədəki ilk peşə-ixtisas təhsili müəssisələrində kənd təsərrüfatı, turizm və digər iqtisadi sektorlar üzrə həyata keçiriləcək pilot layihələr təqdim olunub. Eyni zamanda, beynəlxalq ekspertlər Finlandiyanın və Estoniyanın kənd təsərrüfatı sektoru üzrə peşə təhsili təcrübəsini bölüşüblər.
Tədbirdə “Peşə təhsili və təlimi sahəsində dövlət-özəl sektor tərəfdaşlığı”, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin əsas hədəfləri”, “Azərbaycanda peşə təhsili və təlimi sektorunun səmərəliliyi və nəzarətin həyata keçirilməsinə Aİ dəstəyi”, “Peşə təhsili və təlimi məktəbləri regionlarda mayak kimi” və digər mövzularda müzakirələr aparılıb.

Təhsil-press.az

Oxşar xəbərlər