Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi, 9 yaşlı Nuray Mehdiyeva (müəllim: Arzu Manafova) Azərbaycan Respublikası Rus İcması nəzdində - Rus mədəniyyət Mərkəzi tərəfindən keçirilən, “Родники души” adlı Rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub.
Müsabiqə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının–100, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 və Azərbaycan Rus İcmasının 25 illik yubileylərinə həsr olunub.
Müxtəlif nominasiyalar və yaş qrupu üzrə keçirilən müsabiqədə iki nominasiya üzrə iştirak edən Nuray Mehdiyeva uğurlu çıxış edərək, öz yaşıdları arasında fortepiano ixtisası üzrə I dərəcəli diploma, vokal üzrə isə II dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıb.
Qeyd edək ki, Nuray Mehdiyeva Atv-televiziya kanalının təşkilatçılığı ilə keçirilən “Azərbaycanın səsi bala” televiziya mahnı müsabiqəsinin iştirakçısıdır.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti