Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbi uğurlara imza atıb

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbi uğurlara imza atıb Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin şagirdləri Beynəlxalq və Respublika əhəmiyyətli müsabiqələrdə uğurla çıxış edib.
Belə ki, Maxaçkala şəhərində keçirilən “Eta pesnya tvoya i moya” adlı gənc istedadların IV Beynəlxalq festivalında Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Hüseynli Nərmin Zaur qızı festivalın II dərəcəli laureatı adına layiq görülüb.
Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar III Respublika müsabiqəsi keçirilib. Bu məktəbin xanəndə ixtisası üzrə V sinif şagirdi Mirzəyeva Nərmin Ələkbər qızı II yerin qalibi olub.
Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsində məktəbin klarnet ixtisası üzrə I sinif şagirdi Rzayev Hüseyn Barat oğlu müsabiqənin III dərəcəli diplomuna layiq görülüb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbi uğurlara imza atıbSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbi uğurlara imza atıb

Oxşar xəbərlər