Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində klub müəssisələrinin birgə konserti keçirilib. Tədbirdə gənc müğənnilər Zaur Yusifli, Təranə Nurlu, İbrahim Fərzəliyev, Sevda Akkayanın ifasında mahnlar, bədii qiraətçi İlham Həsənovun ifasında şeirlər dinlənilib, "Dəcəllər ", "Xəzri", "Şahinlər " rəqs qruplarının çıxışları izlənilib.
Şəhər Mədəniyyət Evi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Tədbirdə “Şəms” instrumental ansamblının solistləri Mehman Əhmədov, Aynur Rzayeva, Kənan Quliyev, Ksenya Məmmədova, Zaur Kərimov, Pərviz Hüseynovun ifasında vətənpərvər mahnlar, Türkan Mahmudova və Əlipaşa Paşayevin ifasında şeirlər dinlənilib. Daha sonra Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən təşkil olunan və ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini özündə əks etdirən kitab sərgisinə baxış olub.
Q.Qarayev adına uşaq musiqi məktəbində fortepiano şöbəsi şagirdlərinin vals və rəqslərdən ibarət konserti keçirilib. Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri ifa olunub.
Bülbül adına uşaq incəsənət məktəbində “Nəsillərin əbədi sərvəti” adlı konsert keçirilib. Tədbirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar III Respublika müsabiqəsinin II dərəcəli laureatı adına layiq görülmüş xanəndə ixtisası üzrə V sinif şagirdi Mirzəyeva Nərmin Ələkbər qızı və bu müsabiqədə fəxri fərmana layiq görülmüş şagirdlərdən fortepiano ixtisası üzrə I sinif şagirdi Məmmədov Fərid Elman oğlu, IV sinif şagirdi Maqsudova Buta Emin qızı, VII sinif şagirdi Əliyeva Lamiyə Ceyhun qızı, və klarnet ixtisası üzrə I sinif şagirdi Rzayev Hüseyn Barat oğlu çıxış ediblər. Bununlarla yanaşı konsertdə skripkaçılar ansamblı və məktəbin “Ümid” rəqs qrupu da iştirak edib.
S.Rüstəmov adına uşaq incəsənət məktəbində vokal sinfi şagirdlərinin konserti keçirilib. Konsertdə şagirdlərin ifasında “Şən Azərbaycan”, “Bakı”, “Dostluq” və digər mahnılar dinlənilib.
F.Əmirov adına uşaq musiqi məktəbində ədəbi-bədii kompozisiya keçirilib. Tədbbirdə şagirdlərin ifasında vətənpərvər ruhda səhnəcik nümayiş olunub, şeirlər, xor kollektvinin ifasında mahnılar dinlənilib.
Sumqayıtın Tarixi Muzeyində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı tədbir keçirildi. Tədbir muzeyin YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyi ilə birgə təşkil olunub. Giriş sözü ilə tədbiri açan muzeyin əməkdaşı S. Səfərova Ulu Öndərin keçdiyi həyat yolu haqqında məlumat verib. Sonra muzeyin kiçik elmi işçi N.Kərimli “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda məruzə etib. Məruzə ətrafında Sumqayıt Dövlət Universitetin nəzdində Texniki Kollecin tələbəsi Orxan Əliyev “Heydər Əliyev və Gənclik”, YAP Gənclər Birliyinin üzvü Ramilə Sadıqova “Heydər Əliyev və Qadın siyasəti” mövzusunda çıxış ediblər. Sonda muzeyin hazırladığı “Heydər Əliyev və Sumqayıt” adlı videoçarx iştirakçılara təqdim olunub.
Qubadlı Rayon nümayəndəliyinin tabe müəssisələri və orta ümümtəhsil məktəblərinin şagirdləri arasında bədii-qiraət, xalq çalğı alətləri ifaçılığı, xanəndəlik üzrə müsabiqə keçirilib. Müsabiqənin birinci turunda qalib gəlmiş şagirdlər ikinci tura qatılaraq fəxri-fərmanla mükafatlandırılıblar. Qubadlı Rayon V.Əliyev adına Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvü Fərid Balabəyli, Ə.Mehdiyev adına uşaq musiqi məktəbinin xanəndə şöbəsinin şagirdləri Adıgözəl Adıgözəlov, Yeganə Məmmədova, tar şöbəsinin şagirdi Fərid Həsənov, Mahmudlu kənd Uşaq Musiqi məktəbinin fortepiano şöbəsinin şafirdi Nəsirli Əminə Yaqut, Qarmon şöbəsinin şagirdi Aslan Əsgərli, Nağara şöbəsinin şagirdi Elşən Hüseynzadə, Saz şöbəsinin şagirdi Murad Haqverili, Skiripka şöbəsinin şagirdi Məhəmmədəmin Nəsirli fəxri fərmana, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvü, Röyalə Mehrabova bədii-qiraət üzrə tərifnaməyə layiq görülüblər.
Sumqayıt regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti