İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.
Tədbirdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqələrin qalibləri iştirak ediblər.
C.Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını bildirib. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsinin, diqqət mərkəzində saxlanılmasının şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olduğunu deyib.
Qeyd edilib ki, təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan C.Bayramov bildirib ki, bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi, diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır. Belə ki, fənn olimpiadalarında hər il iştirakçı sayının artdığı müşahidə olunur. Bu il bilik yarışlarına 33 mindən çox şagird qatılıb.
C.Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.
Sonda məzunlara ümumtəhsil məktəbini yüksək nailiyyətlərlə başa vurduqlarına görə təşəkkürnamə təqdim olunub.

Kəmalə Rəhimli