Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Nizami” Kino Mərkəzində keçirilən tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, ali məktəblərin rektorları, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media təmsilçiləri iştirak ediblər.
Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edən nazir müavini bu məqsədlə yaradılmış Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyəti haqqında fikirlərini bildirib. Gələcəkdə məntiq olimpiadasının coğrafiyasının genişləndirməsinin mümkünlüyünü söyləyən C.Bayramov ölkənin digər şəhər və rayonları üzrə məktəblilərin də bu layihəyə cəlb edilməsinin əhəmiyyətindən söhbət açıb.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. İdarə müdiri qeyd edib ki, bununla bağlı müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin xüsusi siniflərdə təhsil alması üçün müvafiq işlər görülüb.
M.Vəliyeva böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdinin iştirak etdiyini bildirib. Onlardan 2 375 nəfərin finalda iştirak hüququ qazandığını vurğulayan idarə müdiri yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin mükafatçılar sırasına daxil olduğunu söyləyib. İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq, olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub.
“İstək” liseyinin direktoru Anar Məmmədov Məntiq Olimpiadasının istedadlı şagirdlərin seçilməsi və onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra çıxış edənlər son illərdə məktəblilər arasında bilik yarışlarına və olimpiada hərəkatına artan marağın yüksək səviyyədə dəstəklənməsinin bu istiqamətdəki nailiyyətlərin daha da genişlənməsinə əsaslı zəmin yaratdığını söyləyiblər.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində reallaşdırılmış olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədilə təşkil olunub.
Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.