Ceyhun Bayramov :Təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib

Ceyhun Bayramov :Təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib.
Bunu iyunun 7-də ADA Universitetində Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə keçirilən “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq elm və təhsil konfransında təhsil naziri Ceyhun Bayramov söyləyib.
Nazir deyib: “Son illərdə iki hədəfə nail olunub: bir tərəfdən ali təhsil müəssisələrinə qəbul edilmiş abituriyentlərin sayı əsaslı, təxminən 4 min nəfər (12 faiz) artıb, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul balı yüksəlib (179 baldan 239 bala, 60 bal və ya 33,5 faiz). Bu çox önəmli dəyişiklikdir”.

Tehsil-press.az

Oxşar xəbərlər