Əfqanıstanın paytaxtı Kabildə tarixi görüşə ev sahibliyi edib.
Ölkənin daxili işlər naziri Veys Əhməd Kabildə “Taliban” hərəkatının silahsız üzləri ilə görüşüb.
İllərdir Əfqanıstanı qan gölünə çevirən hərəkat ilk dəfə Ramazan bayramı ilə əlaqədar atəşkəs elan etmişdi. Kabil hökuməti isə atəşkəs rejiminin uzaldıldığını bəyan etdi. Həbsxanada olan 46 “Taliban”lı sərbəst buraxıldı.
Agentlik qeyd edir ki, ölkədə bugünə qədər yaşanan ən sülhpərvər bayramda onlarla silahsız döyüşçü paytaxtda mülki vətəndaşlar və polislərlə selfie çəkdirib. Eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdə hərəkatın üzvlərinin əfqan əsgərlərinə çiçək verdiyi görünür.
“Reuters” bildirir ki, paytaxtda bu kimi hadisələr yaşanarkən Nanqarher şəhərində “Taliban” üzvləri ilə əsgərlərin olduğu ərazidə bomba yüklü avtomobil partlayıb. Hadisə nəticəsində ən az 26 insan ölüb.
Yaralılar xəstəxanalara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir.
Partlayışa məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Tehsil-press.az