Əfqanıstanda 14 xarici vətəndaş öldürüldü

Əfqanıstanda 14 xarici vətəndaş öldürüldü Əfqanıstanın paytaxtı Kabildə nepallı fəhlələrin olduğu mikroavtobusa terror hücumu olub.

Tehsil-press.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Nepal vətəndaşlarının olduğu mikroavtobusa üzərində bomba olan şəxs hücum edib. Nəticədə fəhlələrin 14-ü həyatını itirib, 9 nəfər isə yaralanıb. Hadisəni Taliban terror qruplaşması öz üzərinə götürüb.


Tehsil-press.az

Oxşar xəbərlər