Daha bir terror: 27 ölü

Daha bir terror: 27 ölü Terror hadisəsi ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Əfqanıstanda terrorçuların avtobusu partlatması nəticəsində 27 nəfər ölüb, 40 nəfər yaralanıb. Tehsil-press.az-ın məlumatına görə, Kabil ətrafında içərisində polis akademiyasının məzunlarının olduğu iki avtobus partladılıb.
İlkin məlumata görə, partlayıcı qurğular uzaq məsafədən idarə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xilasedicilər cəlb edilib. Ölü və yaralı sayının artacağı gözlənilir. Terror hadisəsi ilə bağlı məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Analoji hadisə Əfqanıstanın paytaxtı Kabildə iyunun 20-də də qeydə alınıb. Terrorçu kamikadzenin mikroavtobusu partlatması nəticəsində 14 nəfər həlak olub, 9 nəfər isə ağır yaralanıb. ANS PRESS-in məlumatına görə, bütün həlak olan və yaralananlar özəl şirkətdə mühafizəçi vəzifəsində çalışan Nepal vətəndaşları olub.
Terror aktı ilə bağlı məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb. Partlayış səhər saatlarında Pakistanla sərhəddə Nanqarxar əyalətinin mərkəzində Kabul və Cəlilabad yollarını birləşdirən ərazidə baş verib.


Tehsil-press.az

Oxşar xəbərlər