Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) və BANM arasındakı əməkdaşlığın reallaşdırılması məqsədilə Cenevrəyə səfər edib.
Ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin irəli sürdüyü bu əməkdaşlıq təşəbbüsü UNITAR tərəfindən həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə on beş nəfər Nigeriyalı tələbənin 2018 - 2022-ci tədris illəri müddətində BANM-da bakalavr dərəcəsi üzrə BMT-nın ayırdığı təqüdlərin hesabına təhsil almasını nəzərdə tutur.
Bu məqsədlə iyunun 19-da BMT-nin Cenevrə Bölməsinin yerləşdiyi Millətlər Sarayında BANM-ın rektoru Elmar Qasımov və UNITAR-ın icraçı direktoru, BMT-nin baş katibinin müavini Nikhil Set tərəfindən UNITAR ilə BANM arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
İmzalanma mərasimində ölkəmizin Cenevrədəki daimi nümayəndəsi səfir Vaqif Sadıqov, Nigeriyanın daimi nümayəndəsi səfir Audu Kadiri, BANM-ın prorektoru Rəşad Həsənov, UNITAR-ın proqram rəhbəri Aleksandr Mexiya və ölkəmizin Cenevrədəki daimi nümayəndəliyində attaşe Cavid Sadıqov iştirak ediblər.
Memorandumun əsas məqsədi Nigeriyadan olan on beş tələbənin Azərbaycanda “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdirilməsini təmin etməkdən ibarətdir. Anlaşma memorandumunun şərtlərinə əsasən BANM və UNITAR arasında eyni zamanda görüşlərin və seminarların təşkil olunması, birgə layihələrin reallaşdırılması, qarşılıqlı maraq dairəsində olan sahələrin birgə öyrənilməsi, mütəxəssislərin təmin olunması və hər iki tərəfin razılığı ilə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin nəticəsi olaraq on beş tələbə 5 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda lazımi kreditləri toplayaraq BANM-ın diplomunu əldə edəcəklər.
1963-cü ildə təsis olunmuş Təlim və Tədqiqatlar İnstitutu BMT-nin ixtisaslaşdırılmış təlim qurumu olaraq, müxtəlif növ diplomatik təlim kurslarının keçirilməsi vasitəsilə həm BMT-nin səmərəliliyinin artırılması, həm də ictimai məlumatlandırma, təhsil və dövlət idarəçiliyində çalışan məmurların təlimi vasitəsilə BMT-nin üzv dövlətlərinin milli səviyyədə apardıqları işinin gücləndirilməsinə xidmət edir. İnstitut həmçinin BMT-nin üzv dövlətlərinə innovativ tədris yanaşmaları və üsulları təqdim edir, onların müraciətləri əsasında tətbiqi tədqiqatlar aparır.
Azərbaycanın yeni texnologiyalar üzrə aparıcı təhsil ocaqlarından biri olan BANM-da ölkəmizin müasir dövründə ilk dəfə olaraq BMT təqaüdçülərinin oxumağı dövlətin təhsil sahəsinə verdiyi yüksək diqqətin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin, eləcə də əvvəlki onilliklər ərzində xarici ölkələr üçün Azərbaycanda mövcud olmuş elmi-texniki kadrların hazırlanması ənənələrinin tədricən bərpa olunmasının əyani göstəricisidir.

Hikmət Əliyev