Çexiyada yeni hökumət təyin edildi

Çexiyada yeni hökumət təyin edildi Çexiya Prezidenti Miloş Zeman ölkənin yeni hökumətini təsdiq edib.
Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumətdə 10 nazir yer alacaq.
Yan Qamaçek həm daxili işlər, həm də xarici işlər naziri təyin olunub.
Qeyd edək ki, milyarder Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı hələ ötən ilin oktyabrında seçkilərdə qalib gəlsə də, koalisiya hökumətinin qurulması ilə danışıqlar uzun müddət nəticə verməyib.
A.Babiş iyulun 11-də yeni hökumətlə bağlı parlamentdə etimad səsverməsinin keçiriləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər