Miloş prezident seçkilərinin ilk turunda qalib gəlib

Miloş prezident seçkilərinin ilk turunda qalib gəlib Xəbər verdiyimiz kimi, Çexiyada bu gün prezident seçkiləri keçirilib.
Artıq səsvermənin ilkin nəticələri hesablanıb. Çexiyanın hazırki prezidenti Miloş Zeman 39,1 faiz səs toplayaraq seçkilərin ilk turunun qalibi olub.
Miloş Zemandan başqa ikinci tura 26,3 faiz səs toplayan Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş da keçib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turu yanvar ayının 26-27-də keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər