Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək.
Bu barədə ABŞ-ın müdafiə naziri Cim Mettisin britaniyalı həmkarı Qevin Uilyamsona məktub ünvanladığı qeyd olunur.
ABŞ tərəfi məktubda Böyük Britaniyanın hərbi xərclərinin azalmasından narahatlığını bildirib:
“Böyük Britaniya silahlı qüvvələrinin gücü ölkənin dünya arenasında liderlik mövqeyini qorumağa imkan verir. Amma dövlətin öz mövqeyini müdafiə etmək qabiliyyəti zəifləyir”.
Qeyd olunur ki, London hərbi xərclərə ümumi daxili məhsulun 2 faizini sərf edir. Eyni zamanda Fransa müdafiəyə 260 milyard avro sərf edəcəyini bildirir.
Tehsil-press.az