Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Təhsil-press.az

Oxşar xəbərlər