Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı hesabatla çıxış edib.
O, çıxışının əvvəlində Azərbaycanın enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq Prezidentdən və enerji tələbatçılarından üzr istəyib.
E.Pirverdiyev son 15 ildə Azərbaycanda enerji sahəsində görülən işlərdən danışarkən prezident “Bilirik 15 ildə nə iş görülüb, sən qəzanın səbəblərini de görək, ölkə niyə qaranlığa bürünüb?” deyərək onun sözünü kəsib.
Daha sonra “Azərenerji” sədri iyunun əvvəlində 50-55 milyon kVatt enerji istehsal edildiyini, bu rəqəmin son 1 həftədə isə 70-75 milyona qalxdığını bildirsə də, İ. Əliyev bunun qəzanın səbəbi olmadığını söyləyib:
“Bəziləri bunu isti hava ilə bağlayır. Bizdən də isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər. Fəsadları aradan qaldırılmalıdır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi, böyük səhvdir.
İsti havalar qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini xüsusi komissiya araşdıracaq. Siz sadəcə olaraq utanmalısınız. İnsanlara - qocalara, uşaqlara, qadınlara, metroda və liftdə qalanlara, xəstələrə bu isti havada əziyyət vermisiniz. İqtisadiyyata böyük ziyan vurmusunuz”.
Tehsil-press.az