“Ölkəyə 100 milyonlarla ziyan dəyib...” - Kim cavab verəcək?

“Ölkəyə 100 milyonlarla ziyan dəyib...” - Kim cavab verəcək? Prezident İlham Əliyev ötən gün ölkənin enerji sektorunda baş verən problemlə bağlı keçirdiyi müşavirədə “Azərenerji” rəhbərliyinə qarşı ciddi iradlar səsləndirib.
Prezident bütün ölkənin işıqsız qalmasına görə, “Azərenerji” prezidenti Etibar Pirverdiyevin utanmalı olduğunu nəzərə çatdırıb.
İ. Əliyev eyni zamanda problem nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərdən, insanların metroda, liftlərdə qalaraq əziyyət çəkməsindən də danışıb və bu işə məsul olan şəxslərin cəzalandırılmalı olduğunu dəfələrlə bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər