Yunis Səfərovla birlikdə Suriyada döyüşən şəxslər saxlanıldı - DTX-dən əməliyyat

Yunis Səfərovla birlikdə Suriyada döyüşən şəxslər saxlanıldı - DTX-dən əməliyyat Gəncə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.
Daima Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli 2017-ci ilin yanvarında “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.
Məlumata görə, Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəyli yaxın qohumları - İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunu 2013-2016-cı illər ərzində Suriya ərazisindəki döyüşlərdə iştirak etmək üçün bu ölkəyə göndəriblər. Onlar Yunis Səfərovla birlikdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşublar.
Həmçinin məlum olub ki, T.Göyüşov bu ilin 10 iyul tarixində Gəncədəki hadisələrin fəal iştirakçısı olub.
Yuxarıda adları qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər