Baş Prokurorluq, DİN və DTX Gəncə icra başçısı Elmar Vəliyevi və mühafizəçisini güllələyən Yunis Səfərovla bağlı məlumat yayıb.
Birgə açıqlamada daha bir şok detal açıqlanıb. Qeyd olunur ki, Y. Səfərov Elmar Vəliyevə ilin əvvəlində də sui-qəsd təşkil edib:
"2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb".
Tehsil-press.az