Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.
Gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.
R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.
Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşının tutulması ilə bağlı birgə məlumat yayıb.
DTX əməkdaşları tərəfindən 05 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr - çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, S.Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.
Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilmiş və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda S.Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Tehsil-press.az