Kolleclərə qəbul olmaq istəyənlər üçün yeni imkan

Kolleclərə qəbul olmaq istəyənlər üçün yeni imkan Dövlət İmtahan Mərkəzində (DİM) ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün aprel və iyun aylarında aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə - 2018-ci il martın 29-dan aprelin 30-dək və mayın 17-dən iyunun 20-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən cari ilin abituriyentləri avqustun 20-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiqləyə bilərlər.
Yuxarıda göstərilən tarixlərdə elektron ərizəni doldurub, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, 11 illik bazadan kolleclərin ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 20-dək aparılacaq.

Hüseyn Şərifov



Oxşar xəbərlər