Məleykə Abbaszadə: Abituriyent ixtisas seçimini özü etməlidir, kiməsə həvalə etməməlidir

Məleykə Abbaszadə: Abituriyent ixtisas seçimini özü etməlidir, kiməsə həvalə etməməlidir Çox təəssüflər olsun ki, ali məktəbə ixtisas seçimi zamanı abituriyentlər və onların valideynləri kimlərəsə müraciət edirlər. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
M.Abbaszadə bildirib ki, DİM öz işini tam şəffaf şəkildə aparır, sualların cavablarını ictimai ekspertizaya verir: “Lakin təəssüflər olsun ki, abituriyentlər və valideynlər DİM-in materiallarından istifadə etmir, öz uşaqlarının taleyini kiməsə həvalə edir və nəticədə abituriyent istəmədiyi ixtisasa, istəmədiyi yerə qəbul olunur. İxtisas seçimini ancaq özü etməlidir, kiməsə həvalə etməməlidir. Burada tələsmək lazım deyil. Abituriyent öz topladığı balı, seçdiyi ixtisas üzrə keçid balını müqayisə edib düzgün seçim etməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər