Məleykə Abbaszadə tənqidlərə cavab verdi

Məleykə Abbaszadə tənqidlərə cavab verdi Tehsil-press.az-ın məlumatına görə, bu sözləri Mirşahinə eksklüziv müsahibəsində test üsulu ilə bağlı cəmiyyətdə formalaşan fikirlərə münasibət bildirərkən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Şura sədrinin fikrincə, testologiya xüsusi bir elmdir və təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur.
"Bu sahədə qərar qəbul edən şəxslər, mütəxəssilər olmalıdır. Bununla əlaqədar hansısa sorğu keçirtmək düzgün deyil. Çox təəsüflər olsun ki, kimsə özü özünü ekspert kimi təqdim edir, xüsusilə cavan ekspertlər. Onlar mütəxəssis kimi hansı ali məktəbi bitiriblər, hansı nailiyyətləri var, onların yazdığı məqalələr nədən ibarətdir? Bu bir səthi yanaşmadır.." - deyə Məleykə Abbaszadə fikrini izah edib.



tehsil-press.az

Oxşar xəbərlər