Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə! Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində yaradılan “Abituriyent məsləhət mərkəzləri” işlərini davam etdirir.
Məsləhət mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.
“Abituriyent məsləhət mərkəzləri” Bakı şəhəri üzrə Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Dizayn və Memarlıq Məktəbi və Qərbi Kaspi Universitetinin kollecində, eləcə də Dövlət İmtahan Mərkəzinin regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər