Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avqustun 7-də Naxçıvanda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Sahibkarlığa Kömək Fondu ləğv olunaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.
Sahibkarlığa Kömək Fondunun Ali Məclis sədrinin 2009-cu il 16 oktyabr tarixli 177-III FR nömrəli fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçib.
Tehsil-press.az