İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısı təsdiq edilib - SİYAHI

İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısı təsdiq edilib - SİYAHI Nazirlər Kabineti (NK) tərəfindən ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısı təsdiq edilib.

NK-dan Tehsil-press.az-a verilən məlumata görə, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısının təsdiq edilməsi barədə qərar baş nazir Artur Rasizadə tərəfindən imzalanıb.
Siyahı
Publik hüquqi şəxslər
İctimai birliklər və fondlar
Dini qurumlar
Kredit təşkilatları
Sığorta şirkətləri
İnvestisiya fondları
Qeyri-dövlət (özəl) sosial fondlar
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər
Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər
Telekommunikasiya xidməti göstərən müəssisələr
Poçt müəssisələri
Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Tehsil-press.az

Oxşar xəbərlər