Ramil Quliyevdən növbəti qızıl medal

Ramil Quliyevdən növbəti qızıl medal Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev karyerasında daha bir medal qazanıb.
28 yaşlı atlet atletizm üzrə Avropa Çempionatının finalında finişə hamıdan birinci çatıb.
R.Quliyev Berlində keçirilən yarışda 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.
Qeyd edək ki, R.Quliyev bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər