Ərdoğan İslam Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib

Ərdoğan İslam Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib.

Təhsil-press.az bu barədə Türkiyə prezident administrasiyasına istinadən məlumat verir.
Bugünədək Türkiyə İslamiadada 35 qızıl, 31 gümüş və 26 bürünc medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təhsil-press.az

Oxşar xəbərlər