Paralimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb

Paralimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.
Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.


Tehsil-press.az

Oxşar xəbərlər