Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb.
UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qəbul olunanlar avqustun 24-dək sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

UNEC-in Mətbuat Xidməti