Qızların təhsildən yayınması

Qızların təhsildən yayınması 130 milyondan çox qız orta təhsil ala bilmir
Dünya Bankı qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatını açıqlayıb. Hesabatda qeyd olunur ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir. Təhsilin mümkünlüyü qız uşaqlarının sağlamlığına müsbət təsir göstərir. Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89% -i ibtidai, 77 faizi orta məktəbi bitirir. Ancaq gəlirlərin aşağı səviyyədə olduğu ölkələrdə bu nisbət müvafiq olaraq 2/3 və 1/3 təşkil edir.
Dünya Bankının "Buraxılmış imkanlar: qızların təhsildən kənarda qalmasının yüksək qiyməti" adlı məruzəsində qeyd edilir ki, qızların tam orta təhsil almasına mane olan baryerlər üzündən ölkələrin ümumi itkiləri 15 - 30 trilyon dollar arasında dəyişir.
Dünya Bankı qeyd edir ki, orta təhsil almış qadınlar təhsil almamış qadınlara nisbətən 2 dəfə artıq maaş alır. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq. Digər tərəfdən, bu səbəbdən də doğum səviyyəsi, eləcə də Yer kürəsinin əhalisi azalacaq.
Qadınlar üçün tam orta təhsilin mümkünlüyü onların öz sağlamlıqları barədə məlumatlı olmalarına, psixoloji durumlarına müsbət təsir edə, uşaqlar arasında ölüm səviyyəsini 5 yaşa qədər azalda bilər.
" Nə vaxt ki, 130 milyondan çox qız təhsilin mümkünsüzlüyü üzündən mühəndis, jurnalist və ya kompaniya rəhbəri ola bilmir, dünya trilyon dollarlar itirir, hansı ki, bu pullar qlobal iqtisadiyyatı möhkəmləndirə bilər",-deyə Nobel mükafatı laureatı Malala Yusufzay bildirib.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər